Yuxarı
    Bağlamaq

    Sevgilisi olan qohumunu öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi baş tutmayıb

    Proses noyabrın 11-nə təyin olunub

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda moteldə sevgilisi olan qohumunu öldürməkdə təqsirləndirilən Asif Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

    “Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə baş tutmalı olan proses təxirə salınıb.

    Məhkəmənin təxirə salınmasının səbəbi şahidlərin iclasa gəlməməsi olub. Proses noyabrın 11-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 20-də baş verib. Hadisədən bir neçə gün əvvəl Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürova ərini və iki uşağını ataraq əmisi oğlu Asif Ağamalıyevə qoşularaq Bakıya qaçıb. Sevgili olan qohumlar Binəqədi şossesində yerləşən “Vulkan” motelində qalıblar. Daha sonra A.Ağamalıyev A.Şükürovanın motelin hamam otağından asılmış meyitini tapıb. Əvvəlcə qadının intihar etməsi barədə şübhələr yaransa da, onun əmisi oğlu tərəfindən öldürüldüyü sübuta yetirilib.

    A.Ağamalıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi