Sərxoş vəziyyətdə piyadanı vurub öldürən sürücü məhkəmədə dindirilib

Sərxoş vəziyyətdə piyadanı vurub öldürən sürücü məhkəmədə dindirilib Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
3 Aprel , 2019 11:32
Sərxoş vəziyyətdə piyadanı vurub öldürən sürücü məhkəmədə dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, Ş.Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı maşınla yol-nəqliyyat hadisəsi törədib. Qəza zamanı piyada Səkinə Ramazanova hadisə yerində dünyasını dəyişib. İki avtomobilə isə ciddi ziyan dəyib. Ş.Mikayılov qəzadan sonra hadisə yerindən qaçıb.

Məhkəmədə elan olunmuş ittiham üzrə Ş.Mikayılov özünü qismən təqsirli bilib. O, qəzanı törədəndən sonra hadisə yerindən qaçmadığını söyləyib: "Kamera görüntüləri də var".

Daha sonra mərhum Səkinə Ramazanovanın hüquqi varisi, qardaşı Qənimət Ramazanov da dindirilib. O, hadisəyə şahidlik etmədiyini, təqsirləndirilən şəxsi bağışladığını, aralarında barışıq əldə edildiyini qeyd edib.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Xatırladaq ki, Ş.Mikayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi