Yuxarı

Tovuzda sərxoş kişi kəndin abadlığı üçün istifadə edilən metal boruları oğurlayıb

Cavanşir İbrahimov ilk dəfə oğurluq etdiyini və hadisəni necə törətdiyini xatırlamadığını bildirib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Tovuzda abadlıq-quruculuq işləri üçün istifadə edilən boruları oğurlayan 58 yaşlı kişi saxlanılıb. "Report" xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində, Bakı-Qazax magistralının kənarında baş verib. 

Kənd sakini Cavanşir İbrahimov gecə saatlarında yolun ətrafında olan metal boruları çıxararaq öz həyətinə yığıb. Əyyubluda tək yaşayan C.İbrahimov ilk dəfə oğurluq etdiyini və hadisəni necə törətdiyini xatırlamadığını bildirib. 

Tovuz polisinə əməlini etiraf edən C.İbrahimov həmin vaxt sərxoş olduğunu bildirib. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi