Naxçıvanda yanğınlar olub

Naxçıvanda yanğınlar olub Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Maxta və Yuxarı Daşarx kəndlərində yanğınlar olub
Hadisə
7 Avqust , 2024 20:37
Naxçıvanda yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Maxta və Yuxarı Daşarx kəndlərində yanğınlar olub.

"Report"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot tayasında, Yuxarı Daşarx kəndində isə quru otluq sahəsində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1500 m² quru otluq sahə, 3600 ot bağlaması yanıb, 1500 m² sahə və 7200 ot bağlaması yanğından mühafizə olunub.

Sahələrin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi