"Şərurlu İsfəndiyar"ın qardaşı oğluna qarşı dələduzluq edən şəxsin kassasiya şikayəti təmin edilməyib

"Şərurlu İsfəndiyar"ın qardaşı oğluna qarşı dələduzluq edən şəxsin kassasiya şikayəti təmin edilməyib Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
5 İyun , 2017 17:24
Şərurlu İsfəndiyarın qardaşı oğluna qarşı dələduzluq edən şəxsin kassasiya şikayəti təmin edilməyib
Report

Bakı. 5 iyun. REPORT.AZ/ Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Eyvazovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ittihama aktına əsasən, 2012-ci ildə "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Bundan başqa, Şərur rayonunun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev də məhkəmədə zərərçəkmiş səxs qismində ifadə verib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi