Sərhədi keçmək istəyən erməniəsilli şəxsin üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib - VİDEO

Sərhədi keçmək istəyən erməniəsilli şəxsin üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib - VİDEO Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası m
Hadisə
28 Avqust , 2023 10:43
Sərhədi keçmək istəyən erməniəsilli şəxsin üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib - VİDEO

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib.

Bu barədə "Report"un ərazidə müşahidə aparan əməkdaşı məlumat verib.

Belə ki, keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.

Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi