Sərhəddə Azərbaycan vətəndaşında narkotik aşkarlanıb

Sərhəddə Azərbaycan vətəndaşında narkotik aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Oktyabr , 2016 16:55
Sərhəddə Azərbaycan vətəndaşında narkotik aşkarlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İrandan piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama nəticəsində vətəndaşın əl çantasında 46 həb metadon, daxili orqanında (düz bağırsağında) isə iki ədəd bükümdə, xalis çəkisi 4,967 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 46 həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,92 qram təşkil edir.

Metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi