Yuxarı

Səngəçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var

Səngəçalda yük maşını ilə avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda yük maşını ilə minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səngəçal magistral yolunda qeydə alınıb. 

Belə ki, "KaMAZ"la minik avtomobilinin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Həsənov Cavanşir İbrahim oğlu, 1959-cu il təvəllüdlü Ayvazova Mirvari İsa qızı və 2003-cü il təvəllüdlü İsayeva Aysa Zaur qızı xəsarət alıblar. 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

H.Cavanşirə və A.Mirvariyə qapalı kəllə-beyin travması, İ.Aysaya isə üst dodağının əzilmiş yarası diaqnozları qoyulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi