Yuxarı

Şəmkirdə 4,3 bal gücündə zəlzələ olub - ƏLAVƏ OLUNUB

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub

İlk xəbər 13.09-da dərc olunub. Sonuncu abzas əlavə olunub.

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Şəmkirdə zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Təkanlar yerli vaxtla saat 12:04-də Şəmkir rayonu ərazisində Gəncədən 32 km şimali-qərbdə qeydə alınıb. Maqnitudası 4.3, dərinliyi 10 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Daha bir təkan isə yerli vaxtla saat 11:57-də Qəbələ ərazisində, Qəbələdən 20 km şimal-şərqdə qeydə alınıb. Maqnitudası 3.3, dərinliyi 14 km olan zəlzələ hiss olunmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi