Şəmkirdə yol qəzasında iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəmkirdə yol qəzasında iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır Şəmkirdə iki nəfərin ölməsində təqsirləndirilən Tural Cəfərovun məhkəməsi başlayır.
Hadisə
8 Dekabr , 2022 09:36
Şəmkirdə yol qəzasında iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəmkirdə yol qəzası nəticəsində iki nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Tural Cəfərovun məhkəməsi başlayır.

"Report"un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Roman Ələkbərlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin mayın 4-də Şəmkir rayonu, Şuşa küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini T.Cəfərovun idarə etdiyi “Schacman” markalı yük avtomobili hərəkətdə olarkən əyləc sistemi sıradan çıxıb. Daha sonra nəqliyyat vasitəsi qarşıda gedən digər yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində hər 2 avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər ölüb.

Hadisəyə səbəb kimi T.Cəfərovun idarə etdiyi avtomobilin əyləcinin imtina etməsi göstərilir.

T.Cəfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi