Şəmkirdə yol qəzasında 1 nəfər ölüb, 6-ı uşaq olmaqla, 8 nəfər yaralanıb - YENİLƏNİB

Şəmkirdə yol qəzasında 1 nəfər ölüb, 6-ı uşaq olmaqla, 8 nəfər yaralanıb - YENİLƏNİB Şəmkir. 30 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda ölümlə və bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
30 İyul , 2018 23:02
Şəmkirdə yol qəzasında 1 nəfər ölüb, 6-ı uşaq olmaqla, 8 nəfər yaralanıb - YENİLƏNİB

Şəmkir. 30 iyul. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda ölümlə və bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 qadın hadisə yerində ölüb, daha 8 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlar Şəmkir rayon Çinarlı qəsəbə sakini Elşən Zakir oğlu Nəbiyev, Nəbiyeva Elnurə Elnur qızı (2006-cı il təvəllüdlü), Nəbiyeva Arifə Elşən qızı (2008-ci il), Nəbiyeva Ayşən Elşən qızı (2011-ci il), Nəbiyev Ağa Elşən oğlu (2011-ci il), Nəbiyev Vüsal Elnur oğlu (2007-ci il) və Elçin adlı şəxsdir.

Hadisə zamanı xəsarət alan daha bir nəfər isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda ölən qadının kimliyi və qəzanın səbəbləri araşdırılır.


***22:39

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 qadın hadisə yerində ölüb, daha 3 nəfər isə yaralanıb.

Yaralılar Şəmkir şəhər Çinarlı qəsəbə sakini Elşən Zakir oğlu Nəbiyev və Elçin adlı şəxsdir. Hadisə zamanı xəsarət almış qadın isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda qəzada ölən qadının kimliyi və hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi