Şəmkirdə yol qəzası: bir neçə nəfər yaralanıb

Şəmkirdə yol qəzası: bir neçə nəfər yaralanıb Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 Sentyabr , 2020 13:17
Şəmkirdə yol qəzası: bir neçə nəfər yaralanıb

Şəmkir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kür qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Şəmkir rayon sakini, 1975-ci il təvəllüdlü Vaqif Əliyev, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Əliyev və Sahil Əmiraslanov xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzada xəsarət alan daha bir nəfərə isə ambulator yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.

Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi