Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB Şəmkir rayonunda avtomobil qəzası baş verib.
Hadisə
11 Sentyabr , 2021 13:06
Şəmkirdə mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Şəmkir rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Qasımalılar kənd ərazisində "Mercedes" markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində Xaləddin Allahverdiyev, Məmmədova Zinurə, Güloğlan Məmmədov, onun oğulları - 2004-cü il təvəllüdlü Röyal Məmmədli və 2010-cu il təvəllüdlü Rəcəb Məmmədli və daha bir şəxs xəsarət alıblar.

Hazırda həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

08.45

Şəmkir rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qasımalılar kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanın olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi