Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 İyul , 2022 23:42
Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkir rayonunda avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 2 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində, 1954-cü il təvəllüdlü F.Mərdanov, 1961-ci il təvəllüdlü Y.Hacıyeva, 1985-ci il təvəllüdlü S.Məsimova və daha bir azyaşlı xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və normal qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

22:56

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Xəsarət alanlar şəxsiyyəti və hadisənin təfərrüatları hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi