Şəmkirdə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var 

Hadisə
  • 30 sentyabr, 2022
  • 17:22
Şəmkirdə yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var 

Şəmkir şəhərində motosikletlə avtomobil toqquşub, 2 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində Şəmkir rayon sakinləri, 1999-cu il təvəllüdlü İ.Məmmədov və 2002-ci il təvəllüdlü A.Əsədov xəsarət alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.