Yuxarı

Şəmkirdə yanğın baş verib, 3 yaşlı uşaq xəsarət alıb

O, xəstəxanaya yerləşdirilib

Bakı. 2 mart. REPORT.AZ/ Şəmkir rayonunda yaşayış evində yanğın olub, 3 yaşlı uşaq xəsarət alıb.

"Report" xəbər verir ki, Şəmkir şəhərində yaşayan Tofiq Sadıqovun evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan T.Sadıqovun oğlu - 3 yaşlı Nurəddin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi