Şəmkirdə yanacaqdaşıyan maşın qəzaya uğrayıb

Şəmkirdə yanacaqdaşıyan maşın qəzaya uğrayıb Yanacaqdaşıyan avtomobilinin çəni deşilərək 4 ton yanacaq yerə axıb
Hadisə
445
5 Dekabr , 2014 00:50
Şəmkirdə yanacaqdaşıyan maşın qəzaya uğrayıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şəmkir rayonu, Çənlibel kəndində (rayon mərkəzindən 23 km aralı) "Kamaz" markalı yanacaq daşıyan (həcmi 22 ton olan) avtomobillə "Hyundai" markalı yük avtomobili toqquşub.

Hadisə zamanı yanacaqdaşıyan avtomobilinin çəni deşilərək təxminən 4 ton yanacaq yerə axaraq 60 kv.m sahəni əhatə edib. Yanğın təhlükəsini aradan qaldırmaq üçün yanğınsöndürənlər tərəfindən müvafiq tədbirlər görülüb və qəzanın nəticələri aradan qaldırılana qədər hadisə yerində növbə çəkiblər.

Aidiyyatı qurumlar məlumatlandırılıb. Əməliyyat saat 19:30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi