Şəmkirdə taksi yük avtomobil ilə toqquşub, 5 nəfər xəsarət alıb

Şəmkirdə taksi yük avtomobil ilə toqquşub, 5 nəfər xəsarət alıb Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi olub. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1963 cü il təvəllüdlü Davud Orucovun idarə etdiyi "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində 5 nəfər- sürücü və avtomo
Hadisə
5397
23 Avqust , 2020 14:28
Şəmkirdə taksi yük avtomobil ilə toqquşub, 5 nəfər xəsarət alıb

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon sakini, 1963-cü il təvəllüdlü Davud Orucovun idarə etdiyi “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.

Qəza nəticəsində 5 nəfər - sürücü və avtomobildə olan sərnişinlər, Şəmkir rayon sakini, 1994-cü il Rəhimov İlkin İlham oğlu, 2008-ci il təvəllüdlü Quliyev Tapdıq Samir oğlu, 1980-ci il təvəllüdlü Sənan Kamil oğlu Əsgərov və daha bir nəfər xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralıların ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “VAZ” markalı avtomobil taksi olub.

Son xəbərlər

Orphus sistemi