Yuxarı

Şəmkirdə taksi və benzin daşıyan yük maşını qəza törədib

Baş vermiş hadisənin səbəbləri Şəmkir rayon Polis Şöbəsində araşdırılır.

Bakı. 10 iyul. REPORT.AZ/ Şəmkirdə taksi yük maşını ilə toqquşub. “Report”un qərb bürosunun verdiyi məlumata görə, Şəmkir-Kür qəsəbəsi avtomobil yolunda rayon sakini, 1976-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil, 1965-ci il təvəllüdlü Elman İsmaylovun idarə etdiyi “QAZ- 53” markalı benzin daşıyan yük maşını ilə toqquşub. Nəticədə taksi kimi fəaliyat göstərən minik maşının sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.

Baş vermiş hadisənin səbəbləri Şəmkir rayon Polis Şöbəsində araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi