Şəmkirdə taksi və benzin daşıyan yük maşını qəza törədib
Hadisə
- 11 iyul, 2016
- 00:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 10 iyul. REPORT.AZ/ Şəmkirdə taksi yük maşını ilə toqquşub. “Report”un qərb bürosunun verdiyi məlumata görə, Şəmkir-Kür qəsəbəsi avtomobil yolunda rayon sakini, 1976-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil, 1965-ci il təvəllüdlü Elman İsmaylovun idarə etdiyi “QAZ- 53” markalı benzin daşıyan yük maşını ilə toqquşub. Nəticədə taksi kimi fəaliyat göstərən minik maşının sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağırdır.
Baş vermiş hadisənin səbəbləri Şəmkir rayon Polis Şöbəsində araşdırılır.
Son xəbərlər
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr