Şəmkirdə sürücünü qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şəmkirdə sürücünü qətlə yetirən şəxsin məhkəməsi başlayır Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Rasim Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
26 İyul , 2022 09:13
Şəmkirdə sürücünü qətlə yetirən şəxsin məhkəməsi başlayır

Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Rasim Bağırovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il aprelin 7-də Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Qədimqala kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Bağırov Rasim Əbülfəz oğlu idarə etdiyi "TIR" tipli yük maşını ilə hərəkətdə olan zaman Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Abdullayev Samir Sabir oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobil ötmə əməliyyatı aparan zaman qəza şəraiti yaranıb.

Bu zaman sürücülər nəqliyyat vasitələrini yol kənarında saxlayıb yaranmış qəza şəraiti ilə bağlı bir-birlərini təqsirli bilərək mübahisə ediblər. Bu zaman S.Abdullayev qarın nahiyəsindən bıçaqlanıb. Bir bıçaq zərbəsi alaraq ağır halda xəstəxanaya aparılan S.Abdullayev qanitirmədən orada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən R.Bağırov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilk ifadəsində hadisəni mübahisə zamanı S.Abdullayevin onun ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün törətdiyini bildirib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi