Şəmkirdə suni göldə boğulan 4 nəfərin kimliyi məlum olub - YENİLƏNİB-2

Şəmkirdə suni göldə boğulan 4 nəfərin kimliyi məlum olub - YENİLƏNİB-2 Şəmkir. 1 iyul. REPORT.AZ/ Şəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub.
Hadisə
1 İyul , 2018 22:34
Şəmkirdə suni göldə boğulan 4 nəfərin kimliyi məlum olub - YENİLƏNİB-2

Şəmkir. 1 iyul. REPORT.AZ/ Şəmkirdə süni göldə boğulan 4 nəfərin kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, süni göldə boğulanlar Tağlyev Adil Valeh oğlu, Əhmədova Məhəbbət Kazim qızı, Qayıbov Afiq Həsən oğlu (1987-ci il təvəllüdlü) və  Əliyeva Zeynəb Ədalət qızıdır (1988-ci il təvəllüdlü). 

İlkin məlumatlara görə, süni göldə paltar yuyan qadınlardan biri suya düşüb. Digərləri ona kömək etmək istəyərkən boğularaq ölüblər.


***22:08

Şəmkirdə 4 nəfər süni göldə batıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində yaradılmış süni göldə 2 qadın və 2 kişi boğulublar. 

Onların meyitləri suda çıxarılıb. Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


***21:54

Bakı. 1 iyul. REPORT.AZ/ FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda süni göldə 4 nəfərin (şəxsiyyətləri məlum deyil) batması barədə məlumat daxil olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi