Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var

Hadisə
  • 17 dekabr, 2022
  • 17:39
Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var

Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1957-ci il təvəllüdlü F.Əhmədov nəqliyyat vasitəsini idarə edən zaman qəflətən halı pisləşib. Nəticədə avtomobil idarəetmədən çıxaraq başqa avtomobilə çırpılıb.

Qəza nəticəsində F.Əhmədov və digər avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü M.Quliyev xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.