Şəmkirdə siqaret yanğına səbəb olub, kişi və qadın ağır xəsarətlər alıblar
Hadisə
- 17 noyabr, 2022
- 02:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində 2 nəfər ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb, vəziyyətləri ağırdır.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü E.İsmayılov və 2004-cü il təvəllüdlü N.Cəfərova qaldıqları evin yataq otağında ehtiyatsızlıqdan baş vermiş yanğın nəticəsində ağır xəsarətlər alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanğının E.İsmayılovun çəkdiyi siqaretin yatağına düşməsi nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:41
Britaniyalı yazıçı 81 yaşında Buker mükafatına layiq görülüb
Digər ölkələr
03:23
UFC rəhbəri Trampın mətbuat katibi olmaq təklifini rədd edib
Digər ölkələr
02:40
İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
Region
02:26
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
Digər ölkələr
01:57
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
Digər ölkələr
01:53
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
Digər ölkələr
01:34
Tramp: Rusiya və Ukrayna Əbu-Dabi danışıqlarında irəliləyişə nail ola bilər
Digər ölkələr
01:01
Pentaqon kosmosu döyüş əməliyyatları məkanı hesab edir
Digər ölkələr
00:39
Konqresə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı qətnamə təqdim edilib
Digər ölkələr