Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu ilə vida mərasimi keçirilir.
Hadisə
4 Avqust , 2022 12:09
Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib - YENİLƏNİB

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Anar Kazımovla vida mərasimi başa çatıb.

“Report”un məlumatına görə, mərasimdə rəsmi şəxslər, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Kazımovun nəşi dəfn olunması üçün Qaracəmirli kənd qəbiristanlığına aparılıb, daha sonra yaylım atəşləri altında torpağa tapşırılıb, ruhuna dualar oxunub.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

10:56

Ötən gün qanunsuz erməni silahlı dəstələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu ilə vida mərasimi keçirilir.

“Report”un məlumatına görə, şəhidin nəşi doğulduğu Şəmkir rayonun Qaracəmirli kəndinə gətirilib və ailəsinə təhvil verilib.

Vida mərasimindən sonra A.Kazımov kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Allah rəhmət etsin!

Son xəbərlər

Orphus sistemi