İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

Digər ölkələr
  • 28 sentyabr, 2026
  • 23:31
İsveçdə hökumət formalaşdırmaq cəhdi uğursuz olub

İsveçdə Sosial Demokratlar Partiyasının lideri Maqdalena Andersson hökumət formalaşdırmaq üçün kifayət qədər dəstək toplaya bilmədiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Andersson bildirib ki, hazırkı parlament tərkibində hökumət qurmaq üçün lazımi dəstəyi əldə etmək mümkün olmayıb. Bu açıqlama ölkədə seçkidən sonra yaranan siyasi qeyri-müəyyənliyi daha da artırıb.

Sentyabrın 13-də keçirilən parlament seçkilərində mərkəz-sol blok 176, sağ mərkəzçi blok isə 173 mandat əldə edib. Lakin mərkəz-sol qüvvələr hökumətin formalaşdırılması üçün zəruri siyasi razılaşmanı təmin edə bilməyib.

İsveç parlamentinin spikeri Andreas Norlen yaxın günlərdə partiya liderləri ilə görüşərək hökumətin formalaşdırılması prosesinin növbəti mərhələsini müəyyənləşdirəcək. Hazırkı Baş nazir Ulf Kristerssonun yenidən hökumət qurmaq üçün namizəd kimi irəli sürülməsi gözlənilir.

İsveç qanunvericiliyinə əsasən, parlamentdə hökumət formalaşdırmaq üçün irəli sürülən namizədlərin hamısının rədd edilməsi növbədənkənar seçki ehtimalını gündəmə gətirə bilər.