Şəmkirdə restoran sahibi toy məclisinə görə 5000 manat cərimələndi

Şəmkirdə restoran sahibi toy məclisinə görə 5000 manat cərimələndi Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub
Hadisə
179
31 Mart , 2021 10:09
Şəmkirdə restoran sahibi toy məclisinə görə 5000 manat cərimələndi

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Qəsr” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 10 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb.

Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 5 000 manat miqdarında cərimə edilib.

Son xəbərlər

Orphus sistemi