Şəmkirdə qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Şəmkirdə qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır Şəmkir rayonunda qardaşını bıçaqlamaqda təqsirləndirilən Əliyev Hafiz Qəzənfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
5 Noyabr , 2019 17:36
Şəmkirdə qardaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Şəmkir rayonunda qardaşını bıçaqlamaqda təqsirləndirilən Əliyev Hafiz Qəzənfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Xaqani Səmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Şəmkir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev İntiqam Qəzənfər oğlu qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əvvəlcə onun ehtiyatsızlıq nəticəsində xəsarət aldığını bildirsə də, sonradan mübahisə zəminində qardaşı tərəfindən bıçaqlandığı məlum olub.

H.Əliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi