Şəmkirdə qardaş qardaşı güllələyib - YENİLƏNİB

Şəmkirdə qardaş qardaşı güllələyib - YENİLƏNİB Şəmkir rayonunda qardaşını odlu silahdan açılan atəşlə güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
4 İyul , 2019 12:00
Şəmkirdə qardaş qardaşı güllələyib - YENİLƏNİB

Şəmkir rayonunda qardaşını odlu silahdan açılan atəşlə güllələyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

"Report"un yerli bürosunun verdiyi məlumata görə, R.Məmmədov kəndin ərazisində olan əkin sahəsində polis əməkdaşları tərəfindən saxlanılıb, ondan sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.


*** 10:58

Şəmkir rayonunda baş verən silahlı insident nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən şəxsin adı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu, rayonun Qarabağlılar kənd sakini Emin Məmmədov olub. Onun mübahisə zəmnində qardaşı Ramin Məmmədov tərəfindən güllələndiyi bildirilir. 

Belə ki, iki qardaş arasında yaranan mübahisə sonradan dava çevrilib. E.Məmmədov qardaşı R.Məmmədova bir neçə yumruq zərbəsi vurub. BUndan qəzəblənən sonuncu yaşadığı evə gedərək tüfəng götürüb və qardaşının yanına qayıdaraq qəfildən ona atəş açıb. Açılan atəş nəticəsində E.Məmmədov xəsarət alıb.


*** 09:25

Şəmkir rayonunda silahlı insident olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qarabağlılar kəndi ərazisində baş verib.

Belə ki, açılan atəş nəticəsində bir nəfər ağır xəsarət alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatı olunub və xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi