Şəmkirdə qadını amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Şəmkirdə qadını amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
6 Dekabr , 2021 17:04
Şəmkirdə qadını amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 5-də Şəmkir rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayonun İrmaşlı kənd sakini, 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qohumu və həmkəndlisi R.Tağıyev tərəfindən qətlə yetirilib. O, quldurluq niyyəti ilə A.Alıyevanın yaşadığı evə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək qadını xüsusi amansızlıqla qəsdən öldürüb.

R.Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi