Şəmkirdə qadın meyvə ağacından yıxılaraq xəsarət alıb

Şəmkirdə qadın meyvə ağacından yıxılaraq xəsarət alıb Onun vəziyyətinin orta-ağır olduğu bildirilir
Hadisə
6 İyun , 2016 15:56
Şəmkirdə qadın meyvə ağacından yıxılaraq xəsarət alıb

Şəmkir. 6 iyun. REPORT.AZ/ Şəmkirdə meyvə yığan qadın ağacdan yıxılaraq xəsarət alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından “Report”a verilən məlumata görə, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1987-ci il təvəllüdlü Vüsalə Məmmədova sağ körpücük sümüyünün sınığı və bədəninin müxtəlif yerlərinin dərinə keçməyən yaralanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xəstəxanadan qeyd ediblər ki, 29 yaşlı qadın öz həyətyanı sahəsindəki gilas ağacından meyvə yığarkən ehtiyatsız davranıb və ağacdan yıxılaraq xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi