Şəmkirdə ağır yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub - VİDEO - SİYAHI - YENİLƏNİB-4

Şəmkirdə ağır yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub - VİDEO - SİYAHI - YENİLƏNİB-4 Video əlavə olunur
Hadisə
8 May , 2019 21:29
Şəmkirdə ağır yol qəzasında ölən və yaralanan şəxslərin adları məlum olub - VİDEO - SİYAHI - YENİLƏNİB-4

Video əlavə olunur


***17:44

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un Qərb mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar:

1. Samux rayon Seyidlər kənd sakini, 1957-ci il təvəllüdlü Gülsənəm islam qızı Qənbərova

2. Şəmkir rayon sakini, 2015-ci il təvəllüdlü Gülbahar Qüdrət qızı Gülməmmədova

3. Şəmkir rayon sakini Səyidə Kamandar qızı Nəsibova

4. Şəmkir rayon sakini, 1964-cü il təvəllüdlü Zinyət Qüdrət Qızı Gülməmmədova

5. Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Qüdrət Vidadi oğlu Gülməmmədov

6. Şəmkir rayon sakini Nərgiz Həmzəyeva

7. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Dürdanə Süleymanova

8. Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Rühiyə Raqif qızı Yahyayeva

9. Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü İradə Abdulla qızı Məmmədova

10. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Rübabə Mamayeva

11. Şəmkir rayon sakini, Gülsənəm İslam qızı Qənbərova.

12. Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Mehriban Azər qızı Gülməmmədova. 

13. Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Səadət Nəsibova.

14. Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Günel Səyad qızı Bayramova.

15. Şəmkir rayon sakini Fuad Həşimov. 

Yaralılardan 14-ü Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya və Reanimasiya şöbələrinə yerləşdirilib. Bir nəfər - Zinyət Gülməmmədova isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


*** 17:05

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Şəmkir rayon Qaracəmilli kənd sakini, 1966-cı il təvəllüdlü Vidadi Zirəddin oğlu Gülməmmədov, onun anası, 1945-ci il təvəllüdlü Sücayət Seydəli qızı Gülməmmədova və onların nəvəsi, 2016-cı il təvəllüdlü Ayxan Qüdrət oğlu Gülməmmədov hadisə yerində ölüblər.


16:08

Şəmkir rayon Qaracəmilli kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı fəhlələri daşıyan "Mercedes-Sprinter" markalı mikroavtobus aşıb. 

"Report"un Qərb mərkəzinin məlumatına görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq "VAZ-2107" markalı avtomobillə toqquşub. Zərbənin gücündən mikroavtobus aşaraq deformasiyaya uğrayıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


*** 15:54

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Qaracəmilli kəndi ərazisində baş verib. 

İlkin məlumatlara görə, "Mercedes-Sprinter" markalı sərnişin mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi