Şəmkirdə maşın 23 metr hündürlükdən dərəyə aşıb, 2 nəfər ağır xəsarət alıb

Şəmkirdə maşın 23 metr hündürlükdən dərəyə aşıb, 2 nəfər ağır xəsarət alıb Sərxoş sürücü avtomobili körpüdən aşırıb
Hadisə
10 May , 2015 20:16
Şəmkirdə maşın 23 metr hündürlükdən dərəyə aşıb, 2 nəfər ağır xəsarət alıb

Bakı. 10 May. REPORT.AZ/ Şəmkir rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Keçili kəndində baş verib.

Belə ki, adı çəkilən kəndin sakini Faiq Aliyev idarə etdiyi "VAZ-21011" markalı avtomobil ilə hərəkət edərkən Şəmkir şayı üzərindaki körpüdən maşını 23 metr hündürlükdən dərəyə aşırıb.

Qəza nəticəsində sürücü və sərnişin Akif Rızayev ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Avtomobili ve zərərçəkənləri dərədən FHN-nin Xüsisi xilasetmə qrupu çıxara bilib.

Qəzanın ilkin səbəbi kimi sürücünün sərxoş olması göstərilir.

Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi