Şəmkirdə mal-qara oğurlayan keçmiş məhkum saxlanılıb

Şəmkirdə mal-qara oğurlayan keçmiş məhkum saxlanılıb Şəmkir. 1 iyun. REPORT.AZ/ Şəmkir sakini oğurladığı 4 baş iribuynuzlu mal-qaranı satmağa aparan zaman saxlanılıb.
Hadisə
1 İyun , 2018 11:06
Şəmkirdə mal-qara oğurlayan keçmiş məhkum saxlanılıb
0 : 00
0 : 00

Şəmkir. 1 iyun. REPORT.AZ/ Şəmkir sakini oğurladığı 4 baş iribuynuzlu mal-qaranı satmağa aparan zaman saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini Kəramət Musayev naməlum şəxs və ya şəxlərin ona məxsus heyvan yatağından ümumi dəyəri 4500 manat olan 4 baş iri buynuzlu mal-qarasının oğurlandığını bildirib. 

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Mustafayev “Gazel” markalı avtomobillə Goranboy istiqamətində hərəkətdə olarkən saxlanılıb. Baxış zamanı oğurlanan heyvanlar avtomobilin yük hissəsində aşkarlanıb. 

Dindirilmə zamanı o, törətdiyi oğruluq hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi