Şəmkirdə kürəkən qaynanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - TƏFƏRRÜAT - YENİLƏNİB

Şəmkirdə kürəkən qaynanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - TƏFƏRRÜAT - YENİLƏNİB Şəmkir rayonunda qətl törədilib.
Hadisə
680
13 İyul , 2021 21:11
Şəmkirdə kürəkən qaynanasını qətlə yetirib, həyat yoldaşını ağır yaralayıb - TƏFƏRRÜAT - YENİLƏNİB
0 : 00
0 : 00

Şəmkir rayonunda baş vermiş qətlin bəzi təfərrüatı məlum olub.

"Report"un Qərb Mərkəzinin əldə etdiyi məlumata görə, Mahizər Hüseynova yataq otağında yuxuda olduğu zaman bıçaqlanıb.

O, kəskin ağrıya oyanıb və üst-başının qan içərisində olduğunu görüb. Bundan sonra səs-küyə anası Sədaqət İbadullayeva gəlib. Bu zaman kürəkəni onu da bıçaqlayıb. Hər iki qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin S.İbadullayeva yolda dünyasını dəyişib. M.Hüseynova isə cərrahiyyə əməliyyatına alınıb.

Ailədə bundan əvvəl də zaman-zaman mübahisə yaşandığı, İ.Hüseynovun həyat yoldaşını ov tüfəngi ilə hədələdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

20:35

Şəmkir rayonunda qətl törədilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

Belə ki, Şəmkir rayonunun Şiştəpə kənd sakini, 1976-cı il təvəllüdlü İntizam Hüseynov şəxsi münasibətlər zəminində qaynanası, 1963-cü təvəllüdlü Sədaqət İbadullayevanı və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı bıçaqlayıb. Nəticədə qaynanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi