Şəmkir sakini həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib - YENİLƏNİB

Şəmkir sakini həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib - YENİLƏNİB Şəmkir. 14 fevral. REPORT.AZ/ Şəmkir rayonunda kişi həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib.
Hadisə
14 Fevral , 2019 13:32
Şəmkir sakini həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib - YENİLƏNİB
0 : 00
0 : 00

Şəmkir. 14 fevral. REPORT.AZ/ Şəmkir rayonunda kişi həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kür qəsəbəsində 1957-ci il təvəllüdlü Nailə Eyyubovanın evində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1987 təvəllüdlü Elnur Cəfərov qısqanclıq zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərova və qayınanasına baş nahiyəsindən balta ilə xəsarət yetirib. Hər iki yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 12:15

Şəmkir rayon sakini qayınanasını baltalayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini Nailə Eyyubova mübahisə zəminində kürəkəni tərəfindən balta ilə başından vurulub. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi