Şəmkirdə karantin qaydalarını pozan 56 nəfər cərimələnib

Şəmkirdə karantin qaydalarını pozan 56 nəfər cərimələnib Şəmkirdə sanitar-karantin qaydalarını pozan 56 nəfər şəxs məsuliyyətə cəlb edilib.
Hadisə
3 Sentyabr , 2021 12:11
Şəmkirdə karantin qaydalarını pozan 56 nəfər cərimələnib

Şəmkirdə sanitar-karantin qaydalarını pozan 56 nəfər şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.

Polis əməkdaşları rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər apararaq karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət ediblər. Mehmanxana müştərilərinin müvafiq COVID-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər aparıb, koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah ediblər.

Daha sonra monitorinq rayondakı digər iaşə obyektlərində də davam etdirilib.

Araşdırmalar zamanı ümumilikdə 8 obyektə 17 nəfərin müvafiq pasport olmadan qapalı məkanlara daxil olması aşkar edilib. Polis əməkdaşları həmin şəxslərə karantin qaydalarını xatırladıb və barələrində qanunamüvafiq tədbir görüb.

Bundan başqa, market və digər ticarət obyektlərində eləcədə əhalinin sıx olduğu digər yerlərdə nəzarət-profilaktiki təbirlər keçirib. Tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Rayon sakinlərinin diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Aparılan mütəmadi profilaktiki tədbirlər nəticəsində fəaliyyətində karantin qaydalarına riayyət edən obyekt sahibləri ilə bir daha marifləndirici-izahedici görüş keçirilərək fəaliyyətlərini bu istiqamətdə olduğu kimi saxlamalrı tövsiyə olunub.

Araşdırmalar zamanı 31 şəxs barəsidə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb ediliblər.

Son xəbərlər

Orphus sistemi