Yuxarı

Şəmkirdə kafedə kütləvi dava zamanı iki nəfər xəsarət alıb

Şəmkirdə kafedə kütləvi dava zamanı iki nəfər xəsarət alıb
Yaralılar xəstəxanaya yerləşdirilib

Şəmkir. 16 avqust. REPORT.AZ/ Şəmkir rayonunda kütləvi dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.

Belə ki, bir qrup şəxs arasında hələ ki, bilinməyən səbəbdən mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib.

Dava zamanı Şəmkir rayon sakinləri: 1986-cı il təvəllüdlü Vəliyev Toğrul və 1990-cı il təvəllüdlü Rəhimov İntiqam müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyəti orta-ağır olduğu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi