Şəmkirdə istixanada baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Şəmkirdə istixanada baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
15 Fevral , 2019 13:51
Şəmkirdə istixanada baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


*** 00:58

Bakı. 15 fevral. REPORT.AZ/ Şəmkir rayonunda 1978-ci il təvəllüdlü Düyərli kənd sakini Allahverdiyev Mayis Mehman oğluna məxsus, ümumi sahəsi 45 sot olan istixanadakı 250 kvadratmetr yardımçı tikilidə baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın nəticəsində yardımçı tikilinin yanar konstruksiyaları, orada olan 4 tonluq mazut çənləri, 40 kvadratmetr sahədə yığılan taxta yeşiklər və avadanlıq yanıb.

Yanğın zamanı "57-BO-426" dövlət qeydiyyat nişanlı "QAZel" markalı yük avtomobilinin kabina və mühərrik hissəsi, həmçinin qabaq təkərləri yanıb. Təxmini 2 saatdan çox davam edən yanğın nəticəsində istixanada əkilmiş pomidorlar tamamilə məhv olub. Yanğın istixana sahibinə xeyli ziyan vurub.

Yanğın zamanı hər iki əl, üz və boyun nahiyələrindən yanıq xəsarətləri alan, 1990-cı il təvəllüdlü Afiq Nəbi oğlu Rzazadənin vəziyyəti orta-ağır olaraq qalır.

Yanğının hansı səbəbdən baş verdiyi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


***22:46

Şəmkir. 14 fevral. REPORT.AZ/ Şəmkir rayonunun Düyərli kəndində yanğın hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın vətəndaşa məxsus istixananın yardımçı tikilsində baş verib.

İlkin məlumatlara görə, içərisində qazanxana quraşdırılmış tikilinin ümumi sahəsi 100 kvadratmetrə yaxındır və tikilinin içərisində olan qazanxananın qızdırılması üçün nəzərdə tutulan 4 ton yağ, texniki avadanlıqlar tam, tikilinin içərisində olan "QAZel" markalı yük maşını isə qismən yanıb.

Yanğın zamanı 1990-cı il təvəllüdlü Afiq Nəbi Oğlu Rzazadə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi