Şəmkirdəki avtomobil qəzasında hərbçi dünyasını dəyişib - YENİLƏNİB

Hadisə
  • 02 avqust, 2023
  • 12:18
Şəmkirdəki avtomobil qəzasında hərbçi dünyasını dəyişib - YENİLƏNİB

Şəmkirdə iki avtomobilin toqquşması nəticəsində dünyasını dəyişənlərdən biri hərbçi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" və "Mercedes" markalı avtomobillərin iştirakı ilə baş vermiş avtoqəzada dünyasını dəyişən, "Mercedes" markalı avtomobilin sürücüsü, Tovuz rayon Xatınlı kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Ağarzayev hərbçi olub.

Xatırladaq ki, səhər saatlarında qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı "VAZ" markalı avtomobildə də bir nəfər dünyasını dəyişib, daha bir nəfər isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

08:14

Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var.

"Report"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb. "Mercedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.