Rezai: Hörmüzün blokadası ABŞ-İran toqquşmalarına səbəb ola bilər
Region
- 28 avqust, 2026
- 00:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hörmüz boğazının ABŞ tərəfindən mühasirədə saxlanılması Amerika ilə İran arasında toqquşmaya səbəb ola bilər.
"Report" xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai Livanda fəaliyyət göstərən və "Hizbullah"ın media orqanı "Al-Manar" telekanalına müsahibə zamanı deyib.
"Əgər mühasirə davam edərsə, biz Amerikanın iqtisadi maraqlarını yüz faiz, şiddət və güclə hədəfə alacağıq", - o deyib və əlavə edib ki, atəşkəs dövründə İrandan 80 milyon barrel neft ixrac olunub.
M.Rezainin sözlərinə görə, həmin dövrdə İran ABŞ mühasirəsini yarmağı bacarıb: "Neft satışının həcmi sanksiyalardan əvvəlki səviyyəyə qayıdıb, ixrac üçün yeni marşrutlar yaratmışıq".
Son xəbərlər
16:19
Bu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 6 792 cinayət faktı aşkarlanıb
Hadisə
16:18
Azərbaycan və Sudan valyuta ehtiyatlarını idarə etməkdə mübadiləsi apara bilər
Maliyyə
16:18
PARŞ-ın İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib
Sosial müdafiə
16:15
Putin: Rusiya və ABŞ arasında Ukraynadakı münaqişə ilə bağlı anlaşma var
Digər ölkələr
16:10
Baqrat Qalstanyanın ev dustaqlığı müddəti üç ay uzadılıb
Region
16:08
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının yeni istiqamətləri: Neft əməkdaşlığından "yaşıl enerji"yə
Analitika
16:07
"AHK Azərbaycan"da yerli kapital bazarlarına çıxış imkanları müzakirə edilib
Maliyyə
16:06
Foto
Şəhid Fikrət Məmmədovun oğlu Xankəndi stadionunda topa ilk toxunuşu edib
Futbol
16:04
Putin: Çin və ABŞ liderləri ilə müzakirələr bir-birimizi daha yaxşı başa düşməyə imkan verib
Digər ölkələr