Şəmkirdə gizlənqaç oynayan 9 yaşlı uşağı elektrik cərəyanı vurub

Şəmkirdə gizlənqaç oynayan 9 yaşlı uşağı elektrik cərəyanı vurub Şəmkir. 26 fevral. REPORT.AZ/ Şəmkirdə 9 yaşlı uşağın qolu yüksək gərginlikli elektrik xəttinə dəyib, qolu amputasiya olub.
Hadisə
26 Fevral , 2019 11:19
Şəmkirdə gizlənqaç oynayan 9 yaşlı uşağı elektrik cərəyanı vurub

Şəmkir. 26 fevral. REPORT.AZ/ Şəmkirdə 9 yaşlı uşağın qolu yüksək gərginlikli elektrik xəttinə dəyib, qolu amputasiya olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb. Kənd sakini 2009-cu il təvəllüdlü Şadxan Hüseynov uşaqlarla gizlənqaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorunun arxasında gizlənmək məqsədi ilə ora daxil olub və ehtiyatsızlıqdan uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə onun qolu ağır dərəcədə yanıq xəsarəti alıb. Ağır xəsarət alan 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib və qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi