Şəmkirdə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2

Şəmkirdə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2 Şəmkir. 27 iyun. REPORT.AZ/ Şəmkir rayonunda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Hadisə
27 İyun , 2018 19:16
Şəmkirdə dağlıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB-2
0 : 00
0 : 00

Şəmkir. 27 iyun. REPORT.AZ/ Şəmkir rayonunda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, Seyfəli kəndində dağlıq ərazidə baş vermiş yanğın tamamilə söndürülüb. 

Ərazidə kol-kos və quru otlaq sahəsi yanıb.

Qeyd edək ki, hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.


*** 16:58

Şəmkir rayonunda taxıl sahəsində baş verən yanğın söndürülüb. 

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun Mahmudlu kəndi ərazisində, ümümilikdə, 4 hektar biçilməmiş taxıl sahəsinin 2 hektarı yanıb.

Məlumata görə, hadisə zamanı 17 meyvə ağacı da yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə Xidmətindən 1, Şəmkir Rayon Yanğından Mühafizə Xidmətindən isə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.


***16:18

Şəmkir rayonunda taxıl sahəsi yanır.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində baş verib. 

Belə ki, vətəndaşa məxsus taxıl sahəsində baş vermiş yanğını söndürmək üçün əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

Rayonun Yuxarı Seyfəli kəndində dağ ərazisində kol-kos və quru ot sahəsində də yanğın baş verib. Rayona Gəncə şəhərindən 1 yanğınsöndürən maşın köməyə göndərilib.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi