Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycanın Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib."Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir şəhər sakini Hətəm Bağırov münaqişə zəminində həmyerlisi Ceyhun Sadıqova bıçaqla xəsarət yetirib. Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Bağırov tutulub.
Faktla bağlı araşdırma aparılır.