Şəmkirdə bazarda yanğın olub

Şəmkirdə bazarda yanğın olub Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.
Hadisə
302
1 Sentyabr , 2021 09:07
Şəmkirdə bazarda yanğın olub

Şəmkir rayonunda bazarda yanğın hadisəsi baş verib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildiirlib.

Belə ki, rayonun bazarın ərazisində hər birinin sahəsi 5 m² olan taxta konstruksiyalardan ibarət 7 ədəd köşk və ümumi sahəsi 10 m² olan dəmir konstruksiyadan ibarət ət mağazasının içərisində əşyalar yanıb. Yaxınlıqdakı digər köşklər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi