Şəmkirdə baş verən qəzada ata və qızı ölüb, ailənin digər üzvləri yaralanıb

Şəmkirdə baş verən qəzada ata və qızı ölüb, ailənin digər üzvləri yaralanıb Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
16 Noyabr , 2021 14:17
Şəmkirdə baş verən qəzada ata və qızı ölüb, ailənin digər üzvləri yaralanıb
0 : 00
0 : 00

Şəmkirdə baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayon Qasımalılar kəndi ərazisində 2 avtomobilin toqquşması nəticəsində Bayram Həsən oğlu Gözəlov, onun qızı, Aliyə Bayram qızı Gözəlova və daha bir qadın dünyasını dəyişib.

Avtomobil qəzasında ailənin digər üzvləri, Yasin Bayram oğlu Gözəlov, Hüseyn Bayram oğlu Gözəlov və uşaqların nənəsi, Hicran Camal qızı Əliyeva ağır xəsarətlər alıb. Hadisə zamanı həmçinin daha bir nəfər, Elməddin Orucəli oğlu Zeynalov da müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

13:09

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Qasımalılar kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobil toqquşub. Nəticədə ölən və xəsarət alanlar var.

Hadisə yerinə 5 təcili tibbi yardım avtomobili və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi