Bakı. 26 fevral. REPORT.AZ/ Şəmkir rayonuna həmyerlisinin avtomobilindən 40 min manat pul oğurlayan şəxs tutulub. "Report" daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, fevralın 25-də rayonun 20 Yanvar küçəsində Sarif Əliyev həmyerlisi Yalçın Sadıqova məxsus “Mercedes” markalı avtomobildən açıq talama yolu ilə içərisində 15000 manat və 15800 ABŞ dolları, habelə 1 ədəd mobil telefon olan torbanı götürüb qaçıb. S.Əliyev həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.
Şəmkirdə avtomobildən 40 min manat oğurlayan şəxs tutulub
Hadisə
26 Fevral , 2016
12:27


Son xəbərlər
