Şəmkirdə avtomobil yol kənarındakı heykələ çırpılıb, xəsarət alanlar var

Hadisə
  • 05 may, 2022
  • 16:46
Şəmkirdə avtomobil yol kənarındakı heykələ çırpılıb, xəsarət alanlar var

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yeni Həyat kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı heykələ çırpılıb.

Qəza nəticəsində Şəmkir rayon sakinləri, 1997-ci il təvəllüdlü B.Quliyev, 1998-ci il təvəllüdlü C.İbrahimov və onun qardaşı, 2000-ci il təvəllüdlü U.İbrahimov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

44 filmi