Şəmkirdə avtomobil qəzaya uğradı, xəsarət alanlar var

Şəmkirdə avtomobil qəzaya uğradı, xəsarət alanlar var Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib.
Hadisə
28 May , 2020 12:34
Şəmkirdə avtomobil qəzaya uğradı, xəsarət alanlar var
0 : 00
0 : 00

Şəmkir-Gədəbəy avtomobil yolunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobili yoldan çıxaraq qəzaya uğrayıb. Nəticədə Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Gülnüzar Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb. Qəzada daha bir nəfərə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi