Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var
- 28 mart, 2022
- 18:31
Şəmkir şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Şəmkir şəhər 1-ci küçə ilə 2-ci küçənin kəsişməsində "VAZ-2107" və "Mercedes" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü, 1998-ci il təvəllüdlü A.Hüseynov və "Mercedes" markalı avtomobilin sərnişini, 1993-cü il təvəllüdlü N.Quliyev müxtəlif bədən xəsarətləri alıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
22:13
Şəmkirdə şəhər ərazisində yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci küçəsi ilə 2-ci küçəsinin kəsişməsində qeydə alınıb.
Avtomobil qəzası zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Hadisənin səbəbləri araşdırılır.